Yazıçı Çingiz Hüseynov vəfat etdi

Hazırda oxunan: Yazıçı Çingiz Hüseynov vəfat etdi

172563

Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov 95 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə onun oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.

1929-cu il aprelin 20-də Bakıda anadan olan yazıçı əsərlərini Azərbaycan və rus dillərində yazıb. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görüb. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olub.
Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Bədii tərcümə ilə də ciddi məşğul olub. 

Xatırladaq ki, o, İsraildə yaşayırdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO