Aşıq Çingiz Mehdipur: Dekabrın 4-də Heydər Əliyev Sarayında hər kəs unudulmaz sənət gecəsi yaşayacaq

Aşıq Çingiz Mehdipur: Dekabrın 4-də Heydər Əliyev Sarayında hər kəs unudulmaz sənət gecəsi yaşayacaq

Hazırda oxunan: Aşıq Çingiz Mehdipur: Dekabrın 4-də Heydər Əliyev Sarayında hər kəs unudulmaz sənət gecəsi yaşayacaq

166794

Dekabrın 4-də Heydər Əliyev Sarayında saz və aşıq musiqisini sevənləri möhtəşəm bir axşam gözləyir. Təbrizin məşhur “Dalğa” musiqi qrupu növbəti dəfə sevənlərinin görüşünə gəlir.

Konsert ərəfəsində Dalğa” musiqi qrupunun bədii rəhbəri, saz ustası Çingiz Mehdipurla Bizim.Media-nın qonağı olub. Çingiz Mehdipurla müsahibəni təqdim edirik.
 

MÖVZU İLƏ BAĞLI:

Aşıq musiqisini sevənlərə MÜJDƏ: Dekabrın 4-də Heydər Əliyev sarayında möhtəşəm konsert OLACAQ – VİDEO


- Çingiz bəy, Sizi Bakıda salamlamaq bizim üçün xoşdur. Bu dəfə sevənlərinizə hansı müjdələri gətirmisiniz?

- Əvvəla dəvət üçün çox sağ olun. Onu deyə bilərəm ki, bu dəfəki səfərimiz də sazlı-sözlüdür. Dekabrın 4-ndə Heydər Əliyev sarayında saz, söz aşiqləri üçün möhtəşəm bir konsert proqramı hazırlamışıq.

- Bu dəfəki konsert proqramında tamaşaçıları hansı yeniliklər gözləyir?

- Əvvəlki konsertlərimizdə əsasən güneydən olan aşıqlar və musiqiçilər çıxış edirdi. Amma bu dəfə quzeydən olan bir neçə sənətçi də bizimlə birgə səhnə alacaq.

- Sirr deyilsə sənətçilər barədə məlumat verərdiniz.

- Məmnuniyyətlə. Bu dəfəki konsert proqramımızda güneyli Aşıq Cavad Məhərrəmi, Aşıq Məhbub Əbdu, Aşıq Salar Mehdipur, Aşıq Xatirə Məhəmmədxanlı, quzeydən isə Aşıq Əli Zeynalabdinov, Məhsəti Cabbarova, Mirələm Mirələmov, Anar Şuşalı, Aşıq Nazim Quliyev və digər sənətçilər həmin gün Heydər Əliyev Sarayının səhnəsində öz yeni ifalarını təqdim edəcək. Dədə Ələsgərdən tutmuş bu günümüzə qədər aşıq sənətində ortaya-ərsəyə gələn nadir incilər gözəl ifaçılarımızın ifası ilə səhnədən zaldakı insanların qəlbinə axacaq. Əminəm ki, bu konsertə gələnlər aşıq musiqisinin nəhəngliyini bir daha görəcək və ona daha dərindən bağlanacaq.

- Çingiz bəy, oxucularımız üçün də maraqlıdır ki, neçə vaxtdır ki, bu sənətdəsiniz?

- Vallah özümü bildim-biləli bu sənətdəyəm. Bəlkə də 50 il olar saz sənətin sehrində yaşayır və bu zəngin mədəni irsimizi təkcə Güneyli - Quzeyli Azərbaycanda yox bütün dünyada təbliğ edirəm.

- Hansı ölkələrdə çıxış etmisiniz?

- Dünyanın 30-dan artıq ölkəsində konsert proqramı ilə çıxış etmişəm. Bu ölkələr arasında ABŞ, Kanada, İspaniya, Almaniya, Yaponiya və digər dövlətlər var.

- Bildiyimiz qədər, siz təkcə saz ustası deyilsiniz, həm də bu sahənin tədqiqatçısınız...

- Tamamilə doğru deyirsiniz. Aşıq havalarını tədqiq edirəm. Bu vaxtadək 100-ə yaxın aşıq havasını notlaşdırmışam. Eləcə də “Saz məktəbi” tədris kitabının müəllifiyəm. Bu kitab Bakıda və Təbrizdə nəşr olunub. Yaxın zamanlarda Türkiyədə də bu kitab işıq üzü görəcək.

- Sonda oxucularımıza sözünüzü eşitmək istərdik.

- Bütün oxucularınızı və saz, söz sevənləri dekabrın 4-də Heydər Əliyev Sarayına dəvət edirəm. Əminliklə deyə bilərəm ki, həmin gün bizlərlə görüşə gələn hər bir kəs unudulmayacaq bir sənət gecəsi yaşayacaq. Qeyd edim ki, biletləri şəhərin kassalarından, iticket.az saytından və "ASAN xidmət" mərkəzlərindən əldə edə bilərsiniz.

- Əlaqə nömrəsi: 077 600 00 60

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO