Türkiyənin turizim təcrübəsi Şuşada tətbiq olunacaq - FOTO 

Türkiyənin turizim təcrübəsi Şuşada tətbiq olunacaq - FOTO 

Hazırda oxunan: Türkiyənin turizim təcrübəsi Şuşada tətbiq olunacaq - FOTO 

164237

Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və onun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının mədəniyyət naziri Məhmət Nuri Ersoyla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb. 

Bildirilib ki, görüşdə türkiyəli nazirə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin işğaldan azad olunmasından sonra həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib. 

2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada il ərzində həyata keçirilmiş beynəlxalq mədəniyyət tədbirləri, bu tədbirlərin türk dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığına verdiyi töhfə xüsusi qeyd olunub. 
Görüşdə Azərbaycanın ən gözəl bölgələrindən olan Şuşada turizm sektorunun inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. 

Turizm infrastrukturunun genişlənləndirilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması mövzusuna toxunulub və Türkiyənin uğurlu turizm təcrübəsinin tətbiq olunması imkanları müzakirə olunub. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO