"Nevski solovey" ümum-Rusiya uşaq vətənpərvərlik mahnı müsabiqəsində Müslüm Maqomayevin "Baharlı yurdum - Azərbaycan" mahnısı Teymur Kazımovun ifasında 1-ci yerə layiq görülüb.
Bizim.Media xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi məktəbi-studiyasının məzunu, hazırda isə Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov qələbəsini Vətən müharibəsində Zəfərin üçüncü ildönümünə həsr edib. O, müsabiqənin yekun qala-konsertində iştirak edib.
Müsabiqədə 6-18 yaş arası 118 istedadlı uşaq və yeniyetmə iştirak edib. Tədbir Sankt-Peterburq Beynəlxalq İncəsənətə Dəstək Mərkəzi tərəfindən təşkil edilib.
Müsabiqənin əsas məqsədi uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətlərinin inkişafı, onların musiqi mədəniyyəti səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik və mənəvi potensialının inkişafı, uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətlərinin reallaşması üçün imkanın təqdim edilməsi olub.
Müsabiqənin münsiflər heyətinin üzvləri Əməkdar mədəniyyət xadimi, professor, incəsənət doktoru, G.R.Derjavin adına Rus Ədəbiyyatı və İncəsənət Akademiyasının akademiki Yuri Qonçarov, Fontanka Dövlət Sankt-Peterburq Gənclər Teatrının aktrisası Aleksandra Brajnikova, Mariinski Teatrının solisti Larisa Yudinadır.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
20:13 / 10.11.2023
Müslüm Maqomayevin mahnısı “Nevski solovey” müsabiqəsinin qalibi olub
Hazırda oxunan: Müslüm Maqomayevin mahnısı “Nevski solovey” müsabiqəsinin qalibi olub
Hazırda oxunan: Müslüm Maqomayevin mahnısı “Nevski solovey” müsabiqəsinin qalibi olub
163807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.