İsmayıllıda Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin İCLASI – FOTO  

İsmayıllıda Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin İCLASI – FOTO  

Hazırda oxunan: İsmayıllıda Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin İCLASI – FOTO  

163654

İsmayıllının Basqal kəndində Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclası keçirilib. 

Tədbirin açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək qonaqları salamlayıb. Nazir türk dövlətlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilən son yeniliklərin və əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, iclasda çıxışlar zamanı nazirlər Azərbaycanı 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik ediblər. 

Çıxışlar zamanı nazirlər ortaq türk gənclər və idman gündəliyinə sadiq olduqlarını bəyan edərək bu istiqamətdə TDT əməkdaşlıq çərçivəsinə uyğun olaraq görülən işlərin əhəmiyyətini vurğulayıblar. Görüşdə bir sıra vacib qərarlar qəbul edilib. 

Nazirlərin görüşündən bir gün öncə isə Türk Dövlətləri Təşkilatının Gənclər və İdman İşçi Qrupunun VII İclası keçirilib.
İclasın əsas məqsədi gənclər və idman sahəsində yeni təşəbbüslərin növbəti mərhələlərini müzakirə etmək olub. Türk Dövlətləri Təşkilatının Gənclik Gündəliyinin əsas hədəfləri və iclasın gündəliyi müzakirə olunub. İclas iştirakçıları Şamaxı şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”nin final görüşlərini izləyib, qaliblərin mükafatlandırma mərasimində də iştirak ediblər. 






















Bizim Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO