“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xor Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarını Baş nazir Əli Əsədov imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ilk teatr festivalı keçirilir - FOTO
Qərara əsasən, həmin kollektivlərin cari ildə maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan maliyyə yardımının strukturunda həmin musiqi kollektivlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş hədd çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.
Qeyd edilib ki, Mədəniyyət Nazirliyi və Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə alıb bu Qərardan irəli gələn digər məsələləri həll eməlidirlər.
Bizim.Media