“Bülbül vokal məktəbi” yaradıldı - VİDEO 

“Bülbül vokal məktəbi” yaradıldı - VİDEO 

Hazırda oxunan: “Bülbül vokal məktəbi” yaradıldı - VİDEO 

156841

Dahi Bülbülə həsr olunmuş “Bülbül vokal məktəbi” yaradılıb. 

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, ideya müəllifi Əməkdar artist, Azərbaycanın tanınmış vokal ifaçısı Ramil Qasımov qeyd edib ki, Azərbaycanda klassik vokal ənənələrinin formalaşması, geniş vüsət alması, elmi vokal laboratoriyasının, Bakı Musiqi Akademiyasında “Solo oxuma və opera hazırlığı” kafedrasının yaradılması məhz Bülbülün adı ilə bağlıdır.

O bildirdi ki, məktəbi yaratmaq ideyası onda çoxdan yaranıb və dəfələrlə canlı əfsanəmiz olan Polad Bülbüloğlu ilə bu barədə danışıb.  
 Əməkdar artist:

“Bildiyiniz kimi mənim ustadım Mobil Əhmədov Bülbülün tələbəsi olub. Bu gün tədrisdə müxtəlif vokal texnikalarından müəllimlərimiz istifadə edir. Bunlar tədqirəlayiqdir. Mənim təqdim edəcəyim vokal məktəbi isə məhz Bülbülün bizə miras qoyduğu Azərbaycan milli vokal elmi əsaslarına söykənərək  bizə məxsus dil fonetikasına köklənir. Düşündüm və qərara gəldim ki, bu missiyanı öz üzərimə götürüm. İlkin olaraq 5 tələbəni seçərək təmənnasız olaraq intensiv məşqlərə başlayacağam. Düşünürəm ki, qısa zamanda əsl səslər eşidəcəyik”. - deyə vurğulayıb.  

Əməkdar artist Ramil Qasımov, həmçinin Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyətə başladığını və göstərilən bu etimadı da doğruldacağını qeyd edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO