“Azərbaycan mədəniyyət həftəsi” Albaniyada böyük coşqu ilə QARŞILANDI – FOTO  

“Azərbaycan mədəniyyət həftəsi” Albaniyada böyük coşqu ilə QARŞILANDI – FOTO  

Hazırda oxunan: “Azərbaycan mədəniyyət həftəsi” Albaniyada böyük coşqu ilə QARŞILANDI – FOTO  

153626

31 avqust - 3 sentyabr tarixlərində Tirana şəhərində Azərbaycanın zəngin mədəniyyəti, kulinariyası və incəsənət inciləri Albaniya ictimaiyətinə təqdim olunub.  

Tədbirin ilk günündə Tirana Milli Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərginin açılışı olmuş və Ümummilli liderin şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi ziyarətçilərə təqdim edilmişdir.

Həmçinin, Heydər Əliyev Fondunun “Tərəqqinin memarı” adlı fotosərgisi, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından görkəmli rəssamlarımızın əsərləri və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından əsrarəngiz xalçalar nümayiş olunub.

Burada ziyarətçilər üçün VR - virtual reallıq qurğuları vasitəsilə Azərbaycanla virtual tanışlıq imkanı yaradılıb. 
Eyni gündə Tirana şəhərinin İsgəndərbəy Meydanında Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi altında Kamera Orkestrinin müşayiəti ilə Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Elvin Qəniyev, həmçinin Sədəf Budaqova və İbrahim Babayev ifasında milli musiqimizin inciləri tamaşaçılara təqdim olunub.

Albaniya mədəniyyət naziri xanım Elva Margariti, Albaniyada akkreditə olunan xarici ölkə səfirləri və digər rəsmilər konserti izləyənlər arasında yer almışlar. 

Növbəti gün “Natiq” ritm qrupu və “Mirvari” rəqs ansamblı rəngarəng proqramla çıxış ediblər. “Qavaldaş”, “Qarabağ”, “Yanardağ”, “Mehriban”, “Sarı gəlin” və s. kompozisiyalarını yerli auditoriya böyük coşqu ilə qarşılayıb, rəqslərə qoşulub. Musiqi və rəqslərimizin ecazkar çələngi ilə bərabər səhnədəki monitorda Azərbaycanın tarixi, coğrafiyası, milli xalçalarımız, şəbəkə sənəti, İçərişəhər, Şuşa və Cıdır düzünün görüntüləri izləyicilərin böyük marağına səbəb olub. 

Tədbirin son günündə Tirananın Reja The Could pavilyonunda Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş və Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin mərkəzi olan “Hollywood”da rəngli formatda bərpa olunmuş "Arşın mal alan" filmi nümayiş etdirilib. 

2 sentyabr tarixində Tirananın İtaliya meydanında Azərbaycanın Respublikası Xalq artisti Ənvər Sadığov və Əməkdar artist Emil Əfrasiyabın rəhbərlik etdiyi Buta qrupunun etno-caz konserti baş tutub.

Qrup ənənə və müasirlik arasında körpü yaradaraq, müxtəlif janrlarda sintez xarakterli improvizasiyalar ifa edib. 

Azərbaycan mədəniyyət həftəsi çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə İsgəndərbəy meydanında yerli sakinlərə ölkəmizin milli mətbəx nümunələri, milli şirniyyatlarımızdan çələnglər və müxtəlif təbliğat-nəşr materialları təqdim olundu. 
Mədəniyyət günləri çərçivəsində Azərbaycan nümayəndə heyəti Albaniyanın mədəniyyət naziri xanım Elva Margariti, Tirana şəhər meri Erion Veliac və Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib. 




























Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO