Çingiz Abdullayev: “Yazıçı kitab nəşrinə pul verməməlidir”

Çingiz Abdullayev: “Yazıçı kitab nəşrinə pul verməməlidir”

Hazırda oxunan: Çingiz Abdullayev: “Yazıçı kitab nəşrinə pul verməməlidir”

153417

"Yazıçı kitab nəşrinə pul verməməlidir, o, qonorar almalıdır".

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Bakıda keçirilən "Azərbaycan Dili və Ədəbiyyatı Forumu"nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda yazıçı kitab yazır və özü çap etməyə pul axtarır:

"Dünyanın heç bir yerində belə hal yoxdur. Yazıçı pul tapır və nəşriyyat deyir ki, sənə bunu çap etmişəm və özün satmalısan. Bu, düzgün deyil. Bizim ölkədə də bu sahə ilə bağlı fond olmalıdır. Nəticədə yazıçı kitaba pul verməməli, qonorar almalıdır".

Xalq yazıçısı qeyd edib ki, bu gün kitablar yavaş-yavaş elektron versiyaya keçir:

“Biz də bu versiya ilə kitablarımızı dünyaya tanıda bilərik. Ölkəmizdə kitab oxuyan da az deyil. Deyirlər ki, kitab oxuyan yoxdur. Bu, düzgün deyil. Ölkəmizdə yetərincə oxucular var".

Çingiz Abdullayevin fikrincə, Azərbaycan yazıçılarının kitabları xarici ölkələrdə çox az satılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO