“İstiqlal” ordeni verilən Rasim Balayevdən AÇIQLAMA: “Bu təltifi gözləmirdim”

“İstiqlal” ordeni verilən Rasim Balayevdən AÇIQLAMA: “Bu təltifi gözləmirdim”

Hazırda oxunan: “İstiqlal” ordeni verilən Rasim Balayevdən AÇIQLAMA: “Bu təltifi gözləmirdim”

149840

“Sağ olsun Azərbaycan Prezidenti. Düzü belə bir təltifi gözləmirdim. Sağ olsun, Prezidentimiz ki, işinin çoxluğuna və gərginliyinə baxmayaraq məni də diqqətdə saxlayıb. Mənim bu vaxtadək sərf elədiyim əməyimə verilən ən böyük mükafatlardan biri də İlham Əliyev tərəfindən bu gün “İstiqlal” ordeni ilə təltif edilməyimdir”.

Bunu Bizim.Media-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O bildirib ki, ad günü sabah olsa da artıq təbriklər bu gündən gəlməyə başlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Rasim Balayev “İstiqlal” ordeni ilə təltif edilib


“Heç kimdən ummuram, küsmürəm. Təbrik edən də sağ olsun, etməyən də. Mən ancaq ərk etdiyim yaxın dostlarımdan, əzizlərimdən umub-küsə bilərəm. Başqa heç kimdən”.

Xalq artisti sabahkı yubileyinin harada və kimlərlə keçirəcəyi ilə bağlı sualımıza da aydınlıq gətirib:

“Vallah, elə bir tədbir planlaşdırmamışam. Yəqin ki, ailəlikcə yığışacağıq. Dost-tanışların da gələcəyi gözlənilir. Başqa bir planım yoxdur”.

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Sabah aktyorun 75 yaşı tamam olur.

Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq artisti “İstiqlal” ordeni ilə təltif olunub.

Bizim.Media olaraq, böyük sənətkarı ad günü münasibəti ilə təbrik edir, ona can sağlığı və fəaliyyətində uğurlar arzulayırıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO