Şəkidə Uşaq İncəsənət Festivalı KEÇİRİLDİ – FOTO  

Şəkidə Uşaq İncəsənət Festivalı KEÇİRİLDİ – FOTO  

Hazırda oxunan: Şəkidə Uşaq İncəsənət Festivalı KEÇİRİLDİ – FOTO  

149249

Uşaq İncəsənət Festivalının istedadlı uşaqlarının iştirakı ilə konsert təşkil edilib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Uşaq İncəsənət Festivalının 1-ci və 2-ci turunda iştirak edən istedadlı uşaqlar Şəkidə konsert proqramı ilə çıxış edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, konsertdə Şəki şəhərində yerləşən uşaq incəsənət məktəblərinin şagirdləri, Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin özfəaliyyət kollektivləri, rəqs qrupları və muğam üçlükləri bir-birindən maraqlı proqramla çıxış ediblər. Kiçik istedadların çıxışları alqışlarla qarşılanıb. 

Qeyd edək ki, 6-17 yaş aralığında olan uşaqların iştirakı ilə 21 nominasiya üzrə keçirilən Uşaq İncəsənət Festivalı ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bədii-estetik zövqün formalaşdırılması, uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması məqsədi daşıyır. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO