Şəfiqə Məmmədovanın həyat yoldaşı yüksək vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Şəfiqə Məmmədovanın həyat yoldaşı yüksək vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Hazırda oxunan: Şəfiqə Məmmədovanın həyat yoldaşı yüksək vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

148346

Heydər Əliyev adına İdman-Konsert Kompleksinin baş direktoru işdən çıxarılıb.

Bizim.Media Manset.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə adıçəkilən kompleksin baş direktoru Rafiq Behbudov və baş mühəndisi Elxan Abbasov tutduqları vəzifələrindən azad ediliblər.

Digər əmrlə Natiq İbrahimov İdman-Konsert Kompleksinin baş direktoru təyin edilib. 

Bildirək ki, işdən çıxarılan Rafiq Behbudov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq artisti Şəfiqə Məmmədovanın həyat yoldaşıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birləşib.
İttifaqlar birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar Birliyi adı altında fəaliyyət göstərəcəyi Şəfiqə Məmmədovanın yola salınaraq İttifaqa yeni sədr seçkilərinin keçiriləcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO