“Mədəniyyət Könüllüləri” İctimai Birliyi “Küçələrə su səpmişəm” xalq mahnısını yeni ifada təqdim etdi – VİDEO  

“Mədəniyyət Könüllüləri” İctimai Birliyi “Küçələrə su səpmişəm” xalq mahnısını yeni ifada təqdim etdi – VİDEO  

Hazırda oxunan: “Mədəniyyət Könüllüləri” İctimai Birliyi “Küçələrə su səpmişəm” xalq mahnısını yeni ifada təqdim etdi – VİDEO  

148173

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən həyata keçirilən musiqi layihəsi davam edir.

Bizim.Media xəbər verir ki, bu dəfə Ulu Öndərimizin daha bir sevimli mahnısı olan Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm” fərqli bir quruluşda ifa edilib.

Bu mahnı bir çox sənətçilərin repertuarında yer alıb. Bu dəfə isə “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəxri üzvləri tərəfindən yeni nəfəslə geniş tamaşaçı kütləsinə təqdim edilib. 

Belə ki, məşhur “Küçələrə su səpmişəm” bu dəfə layihənin bədii rəhbəri Bəbir Bəbirli ilə bərabər, eyni zamanda gənc ifaçılar Türkay Cəfərlinski və Orxan Hüseynli tərəfindən ifa olunub. Kamança ifası isə Əməkdar artist Elnur Əhmədova məxsusdur. 

Video layihənin operator və montajçısı Əliəsgər Mirzəyevdir. Çəkiliş Azərbaycan Milli Konservatoriyasında baş tutub.  

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli qeyd edib ki, “Bu layihəmizin rəğbətlə qarşılanması sevindirici haldır. Əməkdar artist Elnur Əhmədova ayrıca təşəkkürümüzü bildiririk.

Ümumiyyətlə bizim gənclərə hörmətli sənət nümayəndələri tərəfindən gələn dəstəklər onların hər birinə böyük motivasiyadır. Bir daha qeyd edim ki, bu layihəni biz Ulu Öndərimizin ölməz ruhuna ehtiram əlaməti olaraq təqdim edirik. Biz Öndərimizin yolundayıq!”. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO