Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı KEÇİRİLƏCƏK 

Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı KEÇİRİLƏCƏK 

Hazırda oxunan: Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı KEÇİRİLƏCƏK 

143377

Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. XII Beynəlxalq Musiqi Festivalının iyulun 3-dən 7-dək keçirilməsi nəzərdə tutulur. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu Şəkidə Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək.

Məlum olduğu kimi, bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir.

Festivalda Heydər Əliyevin xatirəsinə ithaf olaraq Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında vətənpərvərlik mahnıları, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və “Zəfər” muğam qrupunun iştirakı ilə konsert proqramları festivala xüsusi rəng qatacaq. Festivalın proqramına gəlincə, yerli musiqiçi və kollektivlərlə yanaşı, Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan ifaçılar maraqlı proqramla çıxış edəcək.

Festivalda türk respublikalarından incəsənət ustalarının geniş şəkildə iştirakı TÜRKSOY-un yaxından dəstəyi ilə həyata keçirilir.

O da diqqətə çatdırılıb ki, festivalın bağlanış mərasiminin keçiriləcəyi 7 iyul tarixi xüsusilə əlamətdardır. Belə ki, 2019-cu ilin 7 iyul tarixində UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi təşkilatın Dünya İrsi Siyahısına daxil edilib. 
Xatırladaq ki, 2010-cu ildən keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı pandemiya səbəbindən 2020 və 2021-ci illərdə təşkil olunmayıb. XI festival ötən il iyulun 7-9-da keçirilib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO