Babək Göyüşün kitabları oxucularına TƏQDİM OLUNDU – FOTO 

Babək Göyüşün kitabları oxucularına TƏQDİM OLUNDU – FOTO 

Hazırda oxunan: Babək Göyüşün kitabları oxucularına TƏQDİM OLUNDU – FOTO 

140580

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 5-cü günündə tanınmış yazar, publisist Babək Göyüşün imza saatı keçirilib.

Festival çərçivəsində Bizim.Media-nın masasında yazarın "Yaşıl qurbağanın çəhrayı daşı” adlı hekayələr və publisistik yazılarından ibarət "Ədəbiyyat cəbhəsində sakitlikdir" kitabları sərgilənib.

Babək Göyüşün əsərləri festival iştirakçılarının böyük marağına səbəb olub.

Festivalla bağlı fikirlərini bölüşən yazar bu cür tədbirlərin ədəbiyyatın təbliği üçün mühüm önəmə malik olduğunu bildirib.

Qeyd edək ki, Babək Göyüşün ilk hekayəsi 1988-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunub. Daha sonra onun hekayələri "Azərbaycan", "Ulduz" və "Azərbaycan təbiəti" jurnallarında, "Yol" qəzetində və digər mətbu orqanlarda işıq üzü görüb.


Yazıçının "Ağ geyimli qadın" hekayələr kitabı 2008-ci ilin noyabrında çap olunub. Kitabda yazıçının 1989-cu ilədək qələmə aldığı 11 hekayə toplanıb. Babək Göyüşün publisistik yazılarından ibarət "Ədəbiyyat cəbhəsində sakitlikdir" adlı ikinci kitabı 2015-ci ildə "Ol" nəşrləri evində dərc olunub. 204 səhifəlik "Yarımçıq ömür" (həyat hekayəti) kitabı Bakıda 2021-ci ildə "Pergament" nəşriyyatında çapdan çıxıb. 2022-ci ilin sentyabr ayında isə "Yaşıl qurbağanın çəhrayı daşı" (180 səh.) hekayələr kitabı dərc olunub.

Babək Göyüş 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Xatırladaq ki, festivalın 5-ci günü Qırğız ədəbiyyatına həsr olunub. İyunun 5-də start götürən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək.  





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO