Şuşa Dövlət Dram Teatrı doğma torpağına QAYIDIR – RƏSMİ 

Şuşa Dövlət Dram Teatrı doğma torpağına QAYIDIR – RƏSMİ 

Hazırda oxunan: Şuşa Dövlət Dram Teatrı doğma torpağına QAYIDIR – RƏSMİ 

140452

Şuşa dövlət dram Teatrının doğma torpağında fəaliyyətinin gerçəkləşdirilməsi ilə bağlı fəaliyyət planı mövcuddur.   

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova bildirib. 

Onun sözlərinə görə bu barədə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezidentin müvafiq sərəncamı var.

Ona uyğun olaraq teatr və digər mədəniyyət müəssisələrinin fəaliyyəti planlaşdırılacaq: 

“Şuşada ümumiyyətlə teatr binası olmayıb. Daha doğrusu teatr Mədəniyyət evinin binasında fəaliyyət göstərib. Mədəniyyət müəssisələri və obyektlərinin yaradılması ilə bağlı tədbirlər görülməsi 2023‒2026-cı illər arasında nəzərdə tutulub.

Bu illər ərzində infrastrukturun yaradılacağı ərazinin müəyyən edilməsi və tikinti işlərinin layihələndirilməsi, planlaşdırılan ərazilərdə infrastrukturun tikintisi, geri qayıdış mərhələlərinə uyğun olaraq planlaşdırılan ərazilərdə mədəniyyət infrastrukturunun fəaliyyət göstərməsi, bir sözlə bütün bunlar hələlik planlaşdırma mərhələsindədir”. 

Xatırladaq ki, 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişidilərərk Şuşa Dövlət Musiqli Dram Teatrı olub.

Ona Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettaları da nümayiş olunub. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1992) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib.

1992-ci ildə teatr məlum Qarabağ hadisələri ilə bağlı Bakıya köçüb. Uzun illər Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşıb (1992–2005). Teatrın Bakıda ilk tamaşası 13 fevral 1993-cü ildə Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili əsəri olub. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO