"Yazıçılar İttifaqı futbol komandasıdır ki, dəyişiklik olunsun? " – Çingiz Abdullayev  

Hazırda oxunan: "Yazıçılar İttifaqı futbol komandasıdır ki, dəyişiklik olunsun? " – Çingiz Abdullayev  

139833

"Yazıçılar Birliyi futbol komandasıdır ki, hər dəfə dəyişiklik olunsun? Əlbəttə ki, dəyişiklik olunur və biz gənclərə də yer veririk. Təbii, ki onlar gəlib bizi əvəz etməlidirlər".  

Bizim.Media xəbər verir ki, bu sözləri yazıçı, AYB-nin birinci katibi Çingiz Abdullayev II Türk dünyası Ədəbiyyat və Kitab festivalında deyib.

Onun sözlərinə görə Yazıçılar İttifaqı bu 30 ildə sübut edib ki, qurum ən güclü cəmiyyətdir: 

"O dövrdə insanlar hökumətdən çox yazıçılara inanırdı. Yazıçılar həmişə vətən uğrunda vuruşublar və onların yerinə yenilərinin gəlməyi düzgün deyil. Son 100 ildə ən nüfuzlu və müqəddəs təşkilat məhz Yazıçılar İttifaqı olub.  

Hər kəsi birliyimizdəki 37-39-cu illərin qurbanlarının adı əbədiləşdirilən abidəyə baxmağa dəvət edirəm. Orada nə qədər adlar var. Onlar olmasaydı, bu günkü Azərbaycan olmazdı. Mirzə İbrahimov, Süleyman Rüstəm, Şıxəli Qurbanov, Yusif Səmədoğlu kimi yazıçılarımız olub. Ən gənc katib 29 yaşında mən seçilmişəm. Amma indi katibləri arasında ən yaşlısı mənəm".  

Yaşlı yazıçıların estafeti gənclərə verməsinə məsələsinə gəlincə, Çingiz Abdullayev belə cavab verib: 

"2800 yazıçının 1400-ü gəncdir. Bizdə gənclərin idarə heyəti var. Biz cavanları hər zaman qəbul etmişik. Ölkə başçısı və Yazıçılar İttifaqının sədri hər il 20 gəncə prezident təqaüdü verir. Biz nə edə biliriksə, edirik. Yenə də deyirəm, bu, futbol komandası deyil. İndi xalq yazıçı və şairləri qovaq ki, gəlib cavanlar otursun? Birinci sən özünü sübut etməlisən, nə etmisən və nə yazmısan... " 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO