Böyük Britaniya Baş nazirinin elçisi Mədəniyyət Nazirliyində olub - FOTO

Böyük Britaniya Baş nazirinin elçisi Mədəniyyət Nazirliyində olub - FOTO

Hazırda oxunan: Böyük Britaniya Baş nazirinin elçisi Mədəniyyət Nazirliyində olub - FOTO

138792

Xəbər verildiyi kimi, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizdə səfərdədir. Ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsində iştirak etmək üçün Azərbaycana gələn xanım Emma Nikolsonun budəfəki səfəri də iki ölkə arasında təkcə ticari-iqtisadi münasibətləri deyil, eyni zamanda humanitar sahədə əməkdaşlığın geniş spektrini əhatə edir.  

Bizim.Media xəbər verir ki, mayın 30-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla görüşüb.  

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb, o cümlədən Britaniya Şurasının (British Council) Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi layihə və proqramların əhəmiyyəti qeyd olunub.  
Həmçinin görüşdə Azərbaycanın mədəni irsinin qorunması və dünyaya təqdim edilməsində Böyük Britaniya ilə mədəni əməkdaşlığın əməhəmiyyəti qeyd edilərək, gələcəkdə musiqi, film sənayesi, muzey, heykəltaraşlıq, ədəbiyyat sahələrində görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.  

Söhbət zamanı işğaldan azad olunmuş torpaqlarda dağıdılmış mədəni infrastrukturun, eləcə də heykəltaraşlıq nümunələrinin bərpası ilə bağlı ekspertlərin cəlb edilməsi, yeni metodikaların tətbiqinin əhəmiyyəti müzakirə olunub. 
Qeyd edək ki, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 2016-cı ildən bu yana Azərbaycana dəfələrlə səfər edib və bu səfərlər zamanı ikitərəfli mədəni əlaqələrə diqqət ayrılıb, Emma Nikolson Bakıdakı aparıcı mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış olub.

Həmçinin xanım Emma Nikolsonun 2020-ci ilin Vətən müharibəsindən sonra ölkəmizə səfərləri əsnasında işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət, otuz ilə yaxın müddətdə erməni işğalçıları tərəfindən xalqımızın mədəni irsinə qarşı həyata keçirilən vandalizm aktları, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə aparılan geniş quruculuq işləri nəzərə çatdırılıb.  

2022-ci ildə Emma Nikolson Milli İncəsənət Muzeyinin “Mədəniyyətimizin incisi Qarabağ”, “Azərbaycan incəsənəti minilliklər boyu” sərgilərini ziyarət edib.

Bu günlərdə, 2023-cü il mayın 25-də isə Böyük Britaniyanın Baş nazirinin nümayəndəsi Londondakı dünyaca məşhur Viktoriya və Albert Muzeyinin “Rafael” qalereyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan incəsənəti gecəsində iştirak edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO