Azərbaycanla Türkiyə arasında vacib sənəd imzalandı - FOTO

Azərbaycanla Türkiyə arasında vacib sənəd imzalandı - FOTO

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında vacib sənəd imzalandı - FOTO

13427

Martın 1-də Ankarada mədəniyyət naziri Anar Kərimov ilə Türkiyənin mədəniyyət və turizm naziri Nuri Ersoy arasında görüş keçirilib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə mədəni irs, kitab və nəşriyyat, muzey, kino sənayesi, incəsənət və qeyri-maddi mədəni irs sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qeyd olunan istiqamətlərdə birgə fəaliyyət barədə razılığa gəlinib.

Görüşün sonunda ikitərəfli əlaqələrə dair mətbuat konfransı və sənədlərin imzalanması mərasimi keçirilib.

Birgə Mədəniyyət Komissiyasının iclasının yekun protokolu imzalanıb.

Protokolda müasir və klassik əsərlərin tərcüməsinin və çapının təşviq edilməsi, teatr, kino, musiqi və digər sahələr üzrə festivallarda qarşılıqlı iştirak, eləcə də birgə festivalların təşkili, qarşılıqlı sərgilər sahəsində əməkdaşlıq məsələləri əksini tapıb.

Yaradıcı sənayelər sahəsində rəqəmsallaşdırma və yeni idarəetmə üzrə əməkdaşlıq və təcrübə mübadiləsi, muzey işi üzrə təhsildə əməkdaşlıq mövzusunun araşdırılması məsələlərinə də sənəddə yer verilib.

Protokolda həmçinin mədəni sərvətlərin qorunması, qarşılıqlı elmi-tədqiqat və bərpa-konservasiya işinin aparılması, qeyd olunan sahələrdə təcrübə mübadiləsi, texniki və ekspert dəstəyinin göstərilməsi, həmçinin mədəni sərvətlərin qaçaqmalçılığının qarşısının alınmasında və qanunsuz olaraq xaricə çıxarılmış mədəni sərvətlərin qaytarılması məsələlərində qarşılıqlı dəstək kimi məsələlər əksini tapıb.

Həmçinin Azərbaycan və Türkiyə arasında Mədəniyyət üzrə əməkdaşlıq Protokolunun imzalanması üçün zəruri işlərin görülməsi və  Birgə komissiyanın (İşçi qrupunun) növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO