Azərbaycan xaricdə yaşayan türklərlə əlaqələri gücləndirəcək

Azərbaycan xaricdə yaşayan türklərlə əlaqələri gücləndirəcək

Hazırda oxunan: Azərbaycan xaricdə yaşayan türklərlə əlaqələri gücləndirəcək

13385

Azərbaycan mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Türkiyə Respublikasına səfərə gedib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nümayəndə heyətinə nazirlik Aparatının rəhbəri Vasif Eyvazzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri daxildir.
 

MÖVZU İLƏ BAĞLI:

Zəfər muzeyi fonduna ilk eksponatlar verildi - FOTO


Nümayəndə heyətinin ilk görüşü Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar İdarəsinin sədri Abdullah Ərən ilə baş tutub.

Görüşdə xaricdə yaşayan türklərlə azərbaycanlılar arasında mədəni əlaqələrin və bağların gücləndirilməsi ilə bağlı layihələr, mədəniyyət və irs sahəsində təhsil proqramları, mədəni əlaqələrin genişləndirilməsi, kino sənayesinin inkişafı, mədəni irsin qorunması və mədəniyyətin digər sahələrində təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazir Anar Kərimov səmimi qəbula görə təşəkkürünü bildirib və ilk səfərinin Türkiyəyə baş tutmasından məmnunluğunu ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO