Xəbər verdiyimiz kimi, bir aya yaxındır ki, Xalq artisti Ramiz Məlikin mədə-bağırsağında problemlər yaranıb.
Sənətkarın səhhəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı aktyorla əlaqə saxlayıb.
Xalq artisti bildirib ki, o, “Bona Dea Hospital”ında müalicələr alır:
“Hələlik “Bona Dea Hospital”ında intensiv müalicələr alıram. Mənə müxtəlif sistemlər vurulur ki, vəziyyətim yaxşılaşsın. Əsas odur ki, müalicələr nəticə versin, sağalım. Amma xəstəxanada qalmıram, evdəyəm. Həkimlər səhhətimlə bağlı yetkin bir fikir bildirmirlər. Mədəniyyət naziri Adil Kərimli şəxsən özü və onun müavinləri tez-tez zəng vurub, səhhətimlə maraqlanırlar. Özümü normal hiss edirəm, yaxşı olmağa çalışıram”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
11:21 / 27.04.2023
Ramiz Məlikin SƏHHƏTİ NECƏDİR? - ÖZƏL
Hazırda oxunan: Ramiz Məlikin SƏHHƏTİ NECƏDİR? - ÖZƏL
Hazırda oxunan: Ramiz Məlikin SƏHHƏTİ NECƏDİR? - ÖZƏL
133030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.