Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin “1071 Malazgit meydan müharibəsi” əsəri doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, rəsm əsəri İstanbulun Üsküdar Bələdiyyəsinin “Üçüncü Nevməkan” tarixi binasının açılış mərasimində Türkiyə Prezidentinə təqdim olunub.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Ərdoğanı ad günü münasibəti ilə təbrik etdi
Mərasimdə Prezident Ərdoğan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bir daha Azərbaycan xalqına başsağlığı verib, daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.
Yağlı boya ilə işlənmiş “1071 Malazgit meydan müharibəsi” əsəri Türkiyədə fəaliyyət göstərən rəssam Rafiq Əzizin ən böyük əl işlərindən biridir.
Bizim.Media