Gürcüstan Demokratik Respublikası barədə araşdırma aparan tarixçi Xvadagiani, Tiflis quberniyasından seçilən deputatların siyahısına nəzər salanda, orada müsəlman qadının da olduğunu görür.
İlk vaxtlar buna əhəmiyyət verməyən tarixçi, sonradan eyni ada Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gəlir.
Bundan sonra o, bu şəxsiyyət haqqında, araşdırma aparmaq fikrinə düşür və beləcə o, müsəlman dünyasında ilk seçilən qadın deputat olan Pərixanım Sofiyevanı müasir tarix elminə tanıdır.
Bəs, Pərixanım Sofiyeva kim idi?
O, 1884-cü ildə Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala kəndində doğulub. Ailədə 9 uşaq olan Pərixanım, yeganə qız övlad idi.
Çar dövründə çox məşhurluq qazanan Pərixanım Sofiyeva , 1918-ci ildə öz yaşadığı regionda Gürcüstan Sosialist Federalistlər partiyasını məğlub edərək, bitərəf millət vəkili kimi Gürcüstan parlamentinə daxil olur.
Onun deputatlıq fəaliyyəti haqqında çox az məlumat var. Bəzi mənbələrdə olan məlumata görə, Pərixanım o zamanki hakimiyyəti öz kəndlərinə yaxın yerdən keçən dəmiryolu xəttini çəkdirməyə məcbur etdiyi bilinir.
Tarixçi Xvadagiani yazır:
“Müasir dövrdə belə qadının deputat seçilməsi çox çətin olduğu halda, 1918-ci ildə müsəlman qadının seçilməsi ağlasığmazdır. Təsəvvür etmək çətindir ki, o necə nüfuza sahib olub”.
Seçkilərdə Pərixanıma uduzan Gürcüstan Sosialist Federalistlər partiyası öz rəsmi qəzetləri olan “Sakhalkho Sakmedə” yazıblar:
“Bir məzəli hadisəni mütləq qeyd etməliyik. Seçilmiş deputatlar arasında müsəlman bir qadın var - Pərixanım Sofiyeva”.
Pərixanım banklardan xərac alaraq, kənddə yetimlər evi açdırmağı haqqında da məlumatlar var.
Gürcüstan bolşeviklər tərəfindən işğal edildikdən sonra, 1921-ci ildə onların bütün mülkləri müsadirə edilir. Məlumata görə, Pərixanım bolşeviklərə və Sovet idarəçiliyinə nifrət edib.
Stalinin "Böyük təmizləmə" kompaniyası zamanı Pərixanım 8 qardaşından 5-i güllənib və kütləvi məzarlıqların birində dəfn edilib. Xvadagiani arxivdən qardaşların sənədlərin axtarıb tapmağa çalışsa da, bunu edə bilməyib.
Pərixanım qardaşlarının ölümündən sonra həyatını yalnız onların övladlarına sərf edib.
Bu yaxınlarda Tbilisi sakrebulosu (şəhər şurası) sədrinin müavini Marika Darçiyanın təşəbbüsü ilə “Tbilisinin xatirə skamyaları” adlı layihəyə start verilib. Layihə çərçivəsində şuranın binası qarşısında, Azadlıq meydanında yerləşdirilən skamyalara Gürcüstanın tarixində önəmli rol oynamış ictimai xadimlərin adlarının əks olunduğu xatirə lövhələri vurulub.
Skamyalardan birinə Pərixanım Sofiyevaya həsr olunan lövhə bərkidilib.
Lövhədə P.Sofiyevanın dünyada demokratik yolla seçilən ilk müsəlman qadın olması barədə gürcü və ingilis dillərində məlumat yazılıb.
Qeyd edək ki, P.Sofiyeva 1953-cü ildə vəfat edib. Onun Qardabani rayonunun Qaracalar kəndində yerləşən məzarı 2018-ci ilin iyun ayında abadlaşdırılaraq qəbrüstü abidə qoyulub.
Vüsalə Balayeva. Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
12:00 / 27.02.2021
Müsəlman dünyasının ilk qadın deputatı - Pərixanım Sofiyeva - FOTO
Hazırda oxunan: Müsəlman dünyasının ilk qadın deputatı - Pərixanım Sofiyeva - FOTO
Hazırda oxunan: Müsəlman dünyasının ilk qadın deputatı - Pərixanım Sofiyeva - FOTO
13207
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.