"İşğal dövründə təkcə Şuşada 300-dən artıq tarix-memarlıq abidəsinin əksəriyyəti dağıdılıb".
Bizim.Media xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda keçirilən konfransda söyləyib.
O qeyd edib ki, sovet dövründə Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi 100 ildir türk dünyasının parçalanmasına gətirib çıxarıb:
Ermənistan 100 il ərzində tarixi Azərbaycan torpaqlarında tarixi və mədəni irsimizi silməyə çalışdığı kimi, 30 illik işğal dövründə də bunu Qarabağ ərazisində davam etdiriblər.
Nazir müavini Səadət Yusifova Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü böyük işlər sayəsində Azərbaycanın tarixi və mədəni irsinin bu gün dünya miqyasında daha çox tanındığını vurğulayıb.
Bizim.Media