Azər Paşa Nemətovun xanımı: “O, ağır əməliyyat keçirmişdi” - FOTO

Azər Paşa Nemətovun xanımı: “O, ağır əməliyyat keçirmişdi” - FOTO

Hazırda oxunan: Azər Paşa Nemətovun xanımı: “O, ağır əməliyyat keçirmişdi” - FOTO

129950

Xəbər verdiyimiz kimi, Xalq artisti Azər Paşa Nemətov rəhbərlik etdiyi Akademik Milli Dram Teatrının vida mərasimi keçirilib. 

Londondan birbaşa mərasimə gələn həyat yoldaşı Süsən Nemətova Bizim.Media-ya açıqlamasında mərhumun bir il əvvəl ağır əməliyyat keçirdiyini bildirib: 

“Azər Paşa müəllim çox ciddi əməliyyat keçirmişdi. Onurğa əməliyyatı idi. Əməliyyat ağır olsa da yaxşılaşmışdı”.

Həyat yoldaşının teatr sevgisindən danışan S.Nemətova “Teatrda çox çalışırdı, işçilərə can yandırırdı. Tamaşalar yüksək səviyyədə olmalı idi. İstəyirdi ki, hər gün tamaşa göstərilsin. Repertuara özü xüsusi diqqət ayırırdı" sözlərini dilə gətirib. 
Qeyd edək ki, Azər Paşa Nemətov aprelin 9-da 75 yaşında dünyasını dəyişib. Mərhum II Fəxri xiyabanda dəfn ediləcək. 




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO