Daşkənddəki “Yanqi asr avlodi” nəşriyyatı Azərbaycan yazıçısı Varisin “Sənə inanıram” romanını özbək dilində çap edib.
Bizim.Media xəbər verir ki, romanı orijinaldan özbək dilinə ədəbiyyatımızın yaxın dostu, yazıçı və tərcüməçi Rüstəm Cabbarov çevirib.
MÖVZU İLƏ BAĞLI:
Yazıçılar Birliyinin 13-cü qurultayı niyə keçirilmir? - AYB-dən CAVAB
Rüstəm Cabbarov Varisin digər romanı - “Sonuncu ölən ümidlərdir” əsərini də özbək dilinə tərcümə edib və çapını gözləyir.
Xatırladırıq ki, Varisin kitabları Özbəkistandan başqa Rusiya, Türkiyə və digər ölkələrdə də çap olunub.
Bizim.Media