Qusar Dövlət Ləzgi Dram teatrında yeni TAMAŞA - FOTO

Qusar Dövlət Ləzgi Dram teatrında yeni TAMAŞA - FOTO

Hazırda oxunan: Qusar Dövlət Ləzgi Dram teatrında yeni TAMAŞA - FOTO

129435

Qusar Dövlət Ləzgi Dram teatrında Azərbaycan realist dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin yaradıcılığına müraciət edilib.

Bu barədə Bizim.Media-nın bölgə müxbirinə teatrın baş rejissoru Əliyar Əliyev açıqama verib.

O bildirib ki, Qusar teatrında artıq M.F.Axundzadənin "Molla İbrahim Xəlil kimyagər" pyesi əsasında "Hiylə və tamah" tamaşasının məşqlərinə başlanılıb.

Tamaşanın quruluşçu rejissoru Əliyar Əliyev, quruluşçu rəssamı Marina Qurbanova, musiqi tərtibatçısı Şaiq Qurbanovdur. Tamaşada səsləndirilən şeirlərin müəllifi Vəli Əkbərdir. Tamaşada əsas rollları - Molla İbrahimxəlili - Pirverdi Pirverdiyev, Hacı Nurunu - Yalçın Qaraxanov oynayır.

Ümumilikdə, "Hiylə və tamah"da Qusar teatrının 10 aktyoru rol alıb.

Bildiyimiz kimi, Mirzə Fətəlinin "Molla İbrahim Xəlil Kimyagər " pyesinin əsas qayəsi cəhalət və savadsızlığa qarşı mübarizə aparmaq və savadsız kütləni maarifləndirib cəhalətə yox deməkdir. "Hiylə və tamah"da da əsas motiv bu götürülüb.

Vəli Əkbərin tamaşa üçün yazdığı şeirlər də əsərin daha baxımlı və yaddaqalan olmasına müsbət təsir edəcək.

Qeyd edək ki, Qusar teatrı "Hiylə və tamah" tamaşası dövlət sifarişi əsasında hazırlanır.


 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO