Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi 75 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsində (inv. 3369) bayram günlərində aparılan qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən alınıb.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Məlumatda, aparılan işlər dayandırıldığı bildirilib. Qanunvericilik çərçivəsində atılacaq addımlar barədə əlavə məlumat veriləcəkdir.
Bizim.Media