Misirin “Nil Mədəniyyət” dövlət telekanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.
Bizim.Media xəbər verir ki, tamaşaçıların böyük marağına səbəb olmuş verilişin qonağı “Vətənpərvər” Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov olub.
Tədqiqatçı-alim qədim ərəb mənbələrinə istinadla Azərbaycanın elm və ədəbiyyat diyarı olmasından bəhs edib.
IX əsr böyük ərəb alimi ədəbiyyatşünas Abdullah bin Muslim İbn Quteybə “Şer və Şairlər” kitabında Əbu Yəqəzan Cuveyriyyədən nəql edərək yazır:
“Mədinə şəhərində yaşayan məvalilərdən (İslam dinini qəbul etmiş qeyri-ərəblər) olan bütün şairlərin əsli azərbaycanlıdır”.
S.Nəsirov misirli tamaşaçıların diqqətinə çatdırıb ki, Nizaminin “İsgəndərnamə” əsərində Misirin adı çəkilir, həmçinin Azərbaycanın xalq qəhrəmanı Koroğlunun da qılıncı “Misri” adlanır.
Dahi şairin əsərlərini farsca yazmasına gəldikdə isə, tədqiqatçı-alim vurğulayıb ki, bu, həmin dövrdə ədəbi mühitdə ərəb və fars dillərinin hakim olması ilə əlaqədar idi.
Telekanalın efirində Azərbaycanın müasir həyatı, tarixi və mədəni irsi, xalçaçılıq və ipəkçilik sənətindən bəhs edən süjetlər, həmçinin bu yaxınlarda Qahirədə Nizami Gəncəviyə həsr olunmuş konfransdan sonra ölkəmizin Misirdəki səfiri Tural Rzayevin yerli telekanallara müsahibəsi də yayımlanıb.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
09:26 / 22.02.2021
Misirin dövlət telekanalında Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlandı - FOTO
Hazırda oxunan: Misirin dövlət telekanalında Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlandı - FOTO
Hazırda oxunan: Misirin dövlət telekanalında Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlandı - FOTO
12593
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.