Hansı türk dili yox ola bilər? - Detallar

Hansı türk dili yox ola bilər? - Detallar

Hazırda oxunan: Hansı türk dili yox ola bilər? - Detallar

12494

Türk dillərinin Oğuz yarımqrupuna aid olan qaqauz dili yox olma təhlükəsi altındadır.

Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, Moldovanın Qaqauz muxtariyyətində yaşayan qaqauzlar özlərinin ana dilinin qorunub saxlanılması üçün bütün səylərini ortaya qoyurlar.

 

MÖVZU İLƏ BAĞLI:

“Beynəlxalq Türk Dili Günü” təsis edilir - Rəsmi Bakı məlumat yaydı - FOTO


Qaqauz Xalq Məclisinin deputatı Yekaterina Jekova qeyd edib ki, qaqauz dilinin qorunması və yayılması məsələsi bu xalq üçün həyati əhəmiyyətlidir.

Onun sözlərinə görə, qaqauz dilinin yox olması təhlükəsi bu xalqın siyasətçilərinin təqsiri üzündən yaranıb.

1994-cü ildə Qaqauz muxtariyyətinin yaranması günündən ana dilin müdafiəsi probleminə kifayət qədər diqqət ayrılmayıb. Qaqauz administrasiyası bu məsələ ilə məşğul olmayıb.

“Qaqauz dili muxtariyyətin əsasıdır və xalqımızın xüsusiyyətinin bünövrəsidir. Qaqauz hakimiyyəti ana dilinin tətbiqi və təbliğatı məsələsində sadə vətəndaşlar üçün nümunə olmalıdır”,- deyə o bildirib.

Əlavə edib ki, əgər biz öz dilimizi qorusaq, onda bütün sahələrdə yüksək nəticələrə nail olacağıq. Əks təqdirdə biz millilikdən məhrum olacağıq, muxtariyyəti itirəcəyik.

Deputat qeyd edib ki, qaqauz dilinin qorunub saxlanılması problemi muxtariyyətdə daim səsləndirilir.

2018-ci ildə o Qaqauz Xalq məclisinin bir sıra deputatları ilə birlikdə ana dilin müdafiəsi haqqında qanun layihəsini hazırlayıblar və bu sənədin qanunverici səviyyədə qəbuluna nail olublar.

Qanun ictimai həyatın bütün sferalarında və ən yüksək səviyyədə qaqauz dilindən istifadəni nəzərdə tutur. Bu təşəbbüs çərçivəsində 2020-ci ildən ibtidai siniflərdə rəsm və əl işi dərslərinin qaqauz dilində öyrənilməsinə başlanılıb.

Onun sözlərinə görə, qəbul edilmiş qanun çərçivəsində dilə dəstək üçün xüsusi fond yaradılıb. Fond çərçivəsində müxtəlif layihələr reallaşır, müsabiqələr keçirilir, kitablar çap edilir.

2010-cu ildə qaqauz dili YUNESKO-nun “Yoxa çıxmaq təhlükəsi ilə üzləşən dünya dilləri” atlasına daxil edilib. Dilin qorunması qaqauz xalqının mövcudluğu üçün mühüm əhəmiyyətə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO