İlhamə Quliyevanın övladı sağ doğulsaydı, soyadı necə olardı?

İlhamə Quliyevanın övladı sağ doğulsaydı, soyadı necə olardı?

Hazırda oxunan: İlhamə Quliyevanın övladı sağ doğulsaydı, soyadı necə olardı?

124754
Artıq neçə gündür ki, xalq artisti İlhamə Quliyeva həyatda yoxdur. Ancaq buna baxmayaraq yenə də gündəmin əsas mövzusudur. Demək olar ki, ölümündən sonra da saytların çoxunun manşetidir, televiziya kanallarında ona verilişlər həsr olunur. Eyniylə sağlığında olduğu kimi.

Bəlkə də haqqında danışılmasını çox sevdiyi üçün ölümdən sonra belə hələ də müzakirə olunur. Tanıyan və ya tanımayan hər kəsin onun haqqında deməyə yaxşı və ya pis sözü var. Bəzilərinin isə demədiyi, açıb-ağartmadığı hansısa sirləri... 

Neçə gündür ki, xalq artistinin əmlakının, sərvətinin, miras qoyduğu var- dövlətin kimə qalacağı müzakirə olunur. Görəsən gerçəkdən də böyük məbləğdə miras qoymuşdu ki, ölümündən qırx gün keçməsini belə gözləyəmmədilər?! Bəlkə də İlhamə Quliyevanın geyindiyi bahalı ziynət əşyalarına görə hər kəs onun zəngin miras qoyduğunu düşünür. Əgər ona qalsa bizim qonşu Minaya xala lap qızıl univermağıdır ki. Minaya xala hər ay bir-iki ovuc bijuteriya aparıb qızıl suyuna saldırır, həmin bijuteriyaları geyinəndə də qızıl vitrininin yeridiyini təsəvvür edirik. 

Məncə İlhamə Quliyevanın bu dünyada qoyub getdiyi miras ancaq və ancaq bədbəxt qadın obrazı oldu. Öldüyü günə qədər ən bəxtəvər, xoşbəxt qadın rolunu mahir oynamağı bacaran bədbəxt qadın. Bu bədbəxtliyin yanında qalan sərvətə tamah salanın aqibəti heç də İlhamə Quliyevanın sonundan fərqlənməyəcək. Nə tanrıyla müqavilə bağlayıb ölməzlik zirvəsinə ucala biləcək, nə də o dünyaya arzuladığı qoz ağacından hazırlanmış krujevalı tabutda gedəcək. Əksinə, bəlkə də öləndə İlhamə Quliyevadan fərqli olaraq bir rəhmət deyəni belə tapılmayacaq. Sahibinə xoşbəxtlik, bəxtəvərlik, sevgi, cansağlığı gətirməyən sərvət başqa birisinə də bədbəxtlikdən başqa heç nə vəd eləmir! 

İlhamə Quliyeva haqqında ölümündən sonra yazılanlar, danışılanlar bəlkə də sağlığında da gözlənilən idi. Xalq artisti özü belə dəfələrlə mirasını nəvəsinə və ya oğluna verəcəyini deyirdi. Elə çoxları da ortalıq yerdə dilə gətirməsələr belə arxada deyirdilər ki, görəsən bu qadının varı-dövləti kimə qalacaq. Ancaq indi danışılanlardan bir məqam bəlkə də heç İlhamə Quliyevanın öz ağlına belə gəlməzdi. Bir neçə gün əvvəl xalq artistinin doğma bir qızı olduğu xəbəri aləmə yayıldı, həm də Flora adında. Xəbərin doğru olmadığı elə qızın adından bəlli idi. Sizcə İlhamə Quliyeva hər zaman düşmən olduğu Flora Kərimovanın adını qızına verərdimi?! Əlbəttə ki, yox. Hər zaman bütün məsələlərə həssaslıqla yanaşan İlhamə xanım nəinki özünün dünyaya gətirdiyi bir qıza Flora adını verməzdi, hətta o adda qızı heç övladlığa da götürməzdi. Məcburiyyət qarşısında qalsaydı belə dərhal qızın adını dəyişərdi, bunu da çoxundan sirr kimi saxlayaradı. Heç zaman da kimsəyə o məsələ barəsində danışmazdı. Eynən dünyaya gətirə bilmədiyi övladı haqqında danışmadığı kimi... 

Düzdür, müğənni Əli Mirəliyev iddia edir ki, İlhamə Quliyeva heç zaman hamilə olmayıb. Ancaq bilənlər, xüsusilə də xalq artistinə yaxın olan şəxslər bilir ki, İlhamə Quliyevanın uşağı olub, lakin hələ ana bətnində yeddi aylıq ikən ölü doğulub. Bunu uzun illər xalq artisti ilə bərabər işləmiş Sərxan Kərəmoğlu da mətbuata açıqlamasında etiraf elədi. 

Bəlkə də o uşaq qalsaydı, sağ doğulsaydı indi gerçəkdən də İlhamə Quliyevanın öz qızı olmuş olardı. Və indi də torpağı soyumamış belə mirası üzərində qalmaqal yaranmazdı...

Görəsən xalq artisitinin gerçəkdən də qızı olsaydı adını nə qoyardı?! Bəlkə də çiçəkləri, xüsusən də ağ gülləri çox sevdiyindən çiçəyə, gülə bənzər ad verərdi. Bəs görəsən o uşaq sağ qalsaydı xalq artisti ona kimin soy adını verərdi?! Əminəm ki, heç zaman Quliyeva soyadını verməzdi qızına, özünə xoşbəxtlik gətirmədiyinə görə. Bəlkə də öldüyü gündən bəri arxasıyca göz yaşı tökdüyü anası Tükəzban İsmayılovanın soyadını verərdi. Və ya onu boya-başa çatdıran, tərbiyə verən, ata kimi çox sevdiyi Həbib Bayramovun adını verərdi. Ancaq bəlkə də özünə, şəxsiyyətinə yaraşan soyad verərdi. Necə ki, özü amiranə xanım idi, övladına da amiranə ad və soyad seçərdi, məsələn, Amirova və ya Əmirova. Kim bilir...

Rumiyyə   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO