Azad edilmiş torpaqlarda tarixi dini abidələrin bərpasına başlanılıb

Azad edilmiş torpaqlarda tarixi dini abidələrin bərpasına başlanılıb

Hazırda oxunan: Azad edilmiş torpaqlarda tarixi dini abidələrin bərpasına başlanılıb

12390

BMT-nin mənzil qərargahında qurumun İqtisadi və Sosial Şurasının (ECOSOC) “Bərabərliyə yeni baxış:

Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət onilliyi çərçivəsində irqçilik, ksenofobiya və ayrı-seçkiliyin hər kəs üçün aradan qaldırılması” mövzusunda nazirlərin iştirakı ilə virtual formatda görüş keçirilib.

Bizim.Media-nın məlumatına görə, videokonfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda qeydiyyatdan keçmiş dini icmaların ümumi sayının 963-ə çatdığını vurğulayıb.

Komitə sədri Cənubi Qafqaz bölgəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin, eyni zamanda qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış etməsinin dialoqa və dinc birgəyaşayışa mane olduğunu xüsusi qeyd edib.

O deyib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunun işğalı zamanı Ermənistan tərəfindən bu ərazilərdə vandalizm aktı törədilib, Azərbaycanın mədəni-dini irsi yerlə-yeksan edilib və ya dəyişdirilib - məscidlər, ziyarətgahlar, kilsələr, qəbiristanlıqlar dağıdılıb və ya heyvan saxlanılan tövlə halına salınıb, həmçinin tarixi Qafqaz Albaniyasına aid abidələrin daxili və xarici görkəmləri dəyişdirilərək qriqoryanlaşdırılıb. 

M.Qurbanlı erməni işğalçıları üzərində Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən vandalizm aktlarına məruz qalmış tarixi dini abidələrin dövlət tərəfindən bərpa edilməsi prosesinin başladığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO