Tbilisidə Rustaveli adına Milli Teatrda Gürcüstanın Xalq artisti, “Əhməd haradadır?” filmində Ceyran rolunun ifaçısı Nana Paçuaşvilinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə aktrisanın həyat və yaradıcılıq yoluna nəzər salınıb.
N. Paçuaşvilinin ömür və sənət yolunu əks etdirən Gürcüstanın Birinci kanalının istehsalı olan “Mən və mənim 88 əksim” adlı sənədli filmin premyerası da olub. “Əhməd haradadır?” (1963) filmindən fraqmentlərin də daxil edildiyi ekran əsərində aktrisa Azərbaycan filmində çəkilməsinin tarixçəsindən ətraflı danışıb.
“Azərbaycanfilm” kinostudiyası da tədbirdə iştirak edib və N. Paçuaşvilini yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
18:00 / 20.02.2023
“Əhməd haradadır?” filminin Ceyranı 80 yaşında - FOTO
Hazırda oxunan: “Əhməd haradadır?” filminin Ceyranı 80 yaşında - FOTO
Hazırda oxunan: “Əhməd haradadır?” filminin Ceyranı 80 yaşında - FOTO
121564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.