Şahmar Ələkbərovun qabırğası niyə qırıldı?

Şahmar Ələkbərovun qabırğası niyə qırıldı?

Hazırda oxunan: Şahmar Ələkbərovun qabırğası niyə qırıldı?

121530
Moderator.az “Kino-kryoz”x9d layihəsində bu dəfə uzun fasilələrdə 1985-ci ildə hazır olan, nə az, nə çox, üç dəfə adı dəyişdirilərək axırda “Qanlı zəmi”x9dkimi qalan “Qaçaq Nəbi”x9d filmindən danışacaq. Film 1985-ci ildə istehsalata verilib. Filmin rejissorları Əbdül Mahmudbəyov (Şeyx Əbdül), Həsənağa Turabov, ssenarisi müəllifləri isə Əhmədağa Muğanlı və Süleyman Rüstəmdir”¦xa0

Həsən Turabov necə “rejissor”x9d oldu

O zaman filmin rejissoru Əbdül Mahmudbəyov təzə-təzə parlamağa başlayırdı. Əsasən də aktyor və rejissor köməkçisi kimi fəaliyyətə başlamışdı. Elə bu səbəbdən də o zamankı Kinomatoqrafiya Komitəsinin sədri Azad Şərifov “cavan oğlan öhdəsindən gələ bilməz”x9d deyərək filmin onun tərəfindən çəkilməsinə mane olur. Əbdül Mahmudbəyovun köməyinə sözü keçən bir aktyor- Həsənağa Turabov gəlir. Ona deyir ki, sən yalandan da olsa titrlərdə məni rejissor kimi göstər. Onsuz da baş roldayam (Qaçaq Nəbi) və öz işimlə məşğul olacağam. Amma o görsə ki, mənim adım da rejissorların arasındadır, daha heç nə deyə bilməz.

Filmi Azad Şərifovun senzurasından bu cür keçirə bilirlər...




Şeyx Əbdülün ayağı, Şahmar Ələkbərovun isə qabırğası sındı

Filmdə çox çətin səhnələr var ki, onların çəkilişi müəyyən problemlərlə yadda qalıb. Filmin çəkilişləri Laçın, Şamaxı, Qobustan və başqa yerlərdə aparılıb. Qobustanda aparılan çəkilişlərdə İbrahim rolunda çıxış edən mərhum Şahmar Ələkbərov möhkəm yerə yıxılır və qabırğalarını, ayaqlarını əzir. Rejissor Əbdül Mahmudbəyov isə kütləvi atçapma səhnələri zamanı aktyorlardan birinin səriştəsizliyi səbəbindən ayağını sındırır. Həmin aktyor atı saxlaya bilmədiyi üçün rejissoru və özünü zədələyir.

Araba az qala uçuruma düşəcəkdi


Filmdə Mirzə rolunu bu gün hamımızın daha çox siyasi arenada tanıdığımız, ssenarist Eldəniz Quliyev oynayıb. Filmdə rus həkim xanımla qaçaqlardan qaçanda atlar yerə yıxılır. Filmdə cəmi bir neçə saniyə çəkən həmin ağır epizodun növbəti səhnəsi zamanı isə yaradıcı heyət az qala uçuruma yıxılacaqdılar. Ən son anda bu faciədən qurtula biliblər.

Dəvə İsi Məlikzadəni necə xa0“bəyənib”x9d

Filmdə Qaçaq Nəbinin soyub mallarını kasıb kəndlilərə payladığı səhnədə üç tacir var ki, onların da birini tanınmış yazıçı İsi Məlikzadə oynayır. İsi Məlikzadənin rola təsdiqi isə çox maraqlı alınıb. Belə ki, tacirlərdən birini oynayan aktyor çəkilişdə iştirak etmədiyi üçün yaradıcı heyət üzvləri nə edəcəklərini düşünülər. Filmin də redaktoru İsi Məlikzadə imiş. Elə bu barədə söhbət gedərkən kadrda yer alan dəvələrdən biri hey İsi Məlikzadəyə baxaraq nərildəyirmiş. Rejissor və ssenaristlər də gülüb deyillər ki, biz o rola elə səni təyin edək.


Filmdən çıxarılan kadr


Qərbi Azərbyacanın Zəngəzur, Gorus zonalarında Qara Nəbi adlı bir quldur olub. Onu filmdəki epizodların birinə salırlar. Pis bir adam kimi Qaçaq Nəbi Qara Nəbini öldürür. Bir də Stepan Yüzbaşı adlı içki düşkünü olan erməni var imiş, hansı ki, camaata qan uddurub. Bu da ekran əsərinə salınmışdı.

Həmin epizodlara irad olaraq bildirdilər ki, guya, filmdə ermənilər alçaldılır, ermənilərin düşməni milli qəhrəman edilir, Qara Nəbi faktorunu da şişirdilir. Məhz onlarla bağlı olan kadrlar filmdən çıxarılır.

Şeyx Ədül daha sonra Moskvadan təcili teleqram yazır ki, Qaçaq Nəbi bir erməni dığasının qurbanı olub. Ondan sonra Süleyman Rüstəm, Famil Mehdi, Bayram Bayramov və başqaları Moskvaya yazılı müraciət göndərirlər. Onların müraciəti az qala qadağan ediləcək filmi xilas edir. Lakin həmin kadrlar filmdən çıxarılır.

Elmin NURİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO