Azərbaycan kino layihəsi İtaliyada keçirilən Avropa Film Forumunda mükafat QAZANDI - FOTO

Azərbaycan kino layihəsi İtaliyada keçirilən Avropa Film Forumunda mükafat QAZANDI - FOTO

Hazırda oxunan: Azərbaycan kino layihəsi İtaliyada keçirilən Avropa Film Forumunda mükafat QAZANDI - FOTO

118219

Rejissor Elvin Adıgözəlin “Mənim sehrli dünyam” filmi Türkiyənin nüfuzlu TRT telekanalının 5000 avro məbləğində mükafatına layiq görülüb. “Mənim sehrli dünyam” Triestdə keçirilən beynəlxalq kinofestival tərəfindən təşkil edilən nüfuzlu “When East Meets West” kinoforumunun First Cut Lab proqramında iştirak edən ilk Azərbaycan layihəsidir.

Bizim.Media xəbər verir ki, bu barədə “Cinex” kino şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Bu forum Avropada və dünyada kino peşəkarlarına dayaq missiyasını yerinə yetirən çoxşaxəli proqramdır.

First Cut Lab proqramına daxil edilən filmlərin sonrakı mərhələlərdə tez-tez beynəlxalq Berlin, Venesiya, Kann kimi festivalların A təsnifatında premyeraları baş tutur. Bu il proqramda Azərbaycan layihəsindən əlavə Serbiya, Braziliya, İtaliya, Macarıstan, Sloveniya, Belçika, Xorvatiya kinematoqrafiyasını təmsil edən 8 film iştirak edib.

Belə ciddi rəqabətə baxmayaraq, “Mənim sehrli dünyam” ən yaxşı film olaraq seçilib. Münsiflər heyətinin sözlərinə görə, arzuolunmaz situasiyadan qurtulmaqdan ötrü cəmiyyət tərəfindən qəbul edilməyə çalışan iki ayrılmaz dost haqqında klassik əhvalatı tamaşaçıya çatdırmaq üçün, müəllifin fərqli janr yanaşması istifadə edərək maraqlı təhkiyə kompozisiyasına malik layihəni mükafatlandırmaq qərarı qəbul edilib.

Ümid edirik ki, bu mükafat uğurlu festival “prokat”ı potensialı olan filmin tamamlanmasına kömək edəcək”, - deyə məlumatda bildirilir.

Film Sabirabad rayonunun kənd ansamblında çıxış edən və Bakıda televiziya verilişində çıxış etmək arzusunda olan iki uşaqlıq dostu Babək və Sahildən bəhs edir. Babək yerli kafelərin birində ofisiant işləyən qıza aşiq olur.

Bu vurğunluq onun həyat prioritetlərini yenidən nəzərdən keçirib keçmiş həyatından, dostlarından və ailəsindən ayrılmaq qərarına təkan verir. Hekayənin müəyyən bir məqamında bütün arzular dağılır, dostluq sınağa çəkilir və ansamblın üzvlərinin həyatı həmişəlik dəyişir. Məsum bir macəra kimi başlayan əhvalat həqiqi insani faciəyə çevrilir.

Filmdə aktyorlar Cahangir Məlikov, Kamil Nazim, Kəmalə İsrafilova, Zemfira Əbdülsəmədova və başqaları çəkiliblər. Film “Cinex” və “Ultra Production” şirkətlərinin birgə istehsalıdır. Kinolayihənin prodüserləri Mariya İbrahimova və Emil Nəcəfovdur.
Qeyd edək ki, Elvin Adıgözəl kino ictimaiyyətinə Lokarno, Busan, Tallinn kimi A təsnifatlı festivallarda iştirak edən “Buqələmun”, “Zülmətdən reportaj”, “Rəna xanım üçün film”, “Biləsuvar” kimi işləri ilə artıq yaxşı tanışdır. “Mənim sehrli dünyam” onun dördüncü tammetrajlı filmidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO