Bu il Qax Kukla Teatrında dörd əsər səhnələşdiriləcək. Həmin əsərləri qələmə alanlar sırasında yerli yazarlarla yanaşı xarici müəlliflər də var. İlk tamaşa isə mart ayında baş tutacaq.
Teatrdan Bizim.Media-ya verilən məlumata əsasən, hər il olduğu kimi bu mövsüm üçün də Mədəniyyət Nazirliyi teatrın repertuarını təsdiqləyib.
Plana əsasən, bu il teatrın səhnəsində ilk olaraq Osman Abdullayevin ssenarisi əsasında “Sehirli torba” əsəri oynanılacaq.
Artıq teatrın yaradıcı kollektivi qeyd olunan tamaşa üzərində hazırlıq işlərinə başlayıb. Belə ki, rol bölgüsü aparılıb, sınaq məşqləri keçirilib. Tamaşanın rejissoru Rahib Məmmədov, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Növbəti mərhələdə isə Osman Abdullayevin “Tülkü və quyruq”, Astrid Lindqrenin “Uzuncorab Peppi” və Əzizə Əhmədovanın “Necə boz ayı, aldı ev payı” əsərlərinin tamaşaya qoyulması nəzərdə tutulur.
Teatrdan o da bildirilib ki, “Sehirli torba” tamaşasının balacalara Novruz bayramı ərəfəsində təqdim olunması planlaşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Mədəniyyət
10:07 / 26.01.2023
Qax kukla teatrı “Sehrli torba” tamaşasını təqdim edəcək
Hazırda oxunan: Qax kukla teatrı “Sehrli torba” tamaşasını təqdim edəcək
Hazırda oxunan: Qax kukla teatrı “Sehrli torba” tamaşasını təqdim edəcək
116723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.