Macarıstanda ilk dəfə Azərbaycan dilində tamaşa təqdim olundu

Macarıstanda ilk dəfə Azərbaycan dilində tamaşa təqdim olundu

Hazırda oxunan: Macarıstanda ilk dəfə Azərbaycan dilində tamaşa təqdim olundu

116077

Macarıstanda fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli xatırladıb ki, 33 il əvvəl - 19-20 yanvar gecəsi baş verən faciə Azərbaycan xalqı üçün unudulmaz bir tarixdir.

Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar hadisələrinin tariximizin qəhrəmanlıq səhifəsi və Azərbaycanın gələcək taleyinə mühüm təsir göstərən dönüş nöqtəsi olduğu vurğulanıb.

Tədbirin birinci hissəsi gənc soydaşımız Nazim Musabəylinin ssenari müəllifi və rejissoru olduğu, rollarda Kamal Aslan, Ləman Əlizadə, Həsən Xəlilov və Budapeşt Rus Teatrının aktrisası Valeriya Antonova, həmçinin müəllifin özünün yer aldığı "Partlayışa az qalmış..." adlı kiçik həcmli tamaşa ilə başlayıb. Bu, Macarıstanda Azərbaycan dilində nümayiş olunan ilk tamaşa olub.
Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasından ilhamlanaraq yazılmış tamaşada 19 yanvar axşamı sovet ordusunun Bakıya daxil olmasına az qalmış bir evdə yaşananlardan bəhs edilib.

Tədbir musiqili hissə ilə davam edib. Macarıstanda yaşayan soydaşımız Elnur Namazovun ifasında şəhidlərimizə həsr olunmuş mahnılar səsləndirilib.

Sonda isə Əli-Səttar Quliyevin rejissorluq etdiyi, Rasim Cəfər və Azər Aydəmirin baş rolda çəkildiyi "Mən qardaşımı axtarıram" adlı qısametrajlı film nümayiş olunub.

Tədbir tamaşanın məzmununa uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO