"Bu gecə bir dəhşət yaşadıq. Onda doqquz yaşım vardı. Qonaq getmişdik. Saat doqquz radələri idi. O zaman isə şəhərdə komendant saatı idi. Amma saat 00:00 olmamışdı. Hardasa saat 23:00 olardı. Hətta Həzi Aslanov tərəflərdə atışma səsi eşidilirdi. Yadıma gəlir ki, yaşlı nənəm dedi ki, tez işıqları söndürün. Bizim üçün yerdə yer saldı. Hamımız yerdə uzandıq. Evdə balaca televizorumuz vardı. Təsvir yox idi, dalğalar yalnız səsi ötürürdü. Oradan insanlara çağırış səsi yadımdadır (ağlayır)".
Bu sözləri aktrisa, Əməkdar artist Ülviyyə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
20 yanvar faciəsi ilə bağlı xatirələrini sənətçi göz yaşı içində bu sözlərlə dilə gətirib:
"Valideynlərimiz bizi evdə qoyub özləri şəhərə çıxdılar. Gördükləri mənzərə isə dəhşəti xatırladırdı. Onlar öz aralarında baş verənləri danışanda biz eşitdiklərimizdən çox qorxmuşduq. Uşaq olsaq da bu hadisələr xatirələrimizdə qalıb. 33 il keçməsinə baxmayaraq başımıza gətirilən bu dəhşətli anlar sanki dünən olub. İnsan yaşa dolduqca bu anı daha çox hiss və dərk edir. Allah xalqımıza bir daha bu dəhşəti yaşatmasın. Allah dövlətimizi və arxamızda dayanan sücaətli, vüqarlı və mərd ordumuzu qorusun".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
12:53 / 20.01.2023
Əməkdar artist: \"33 il keçməsinə baxmayaraq, sanki bu dəhşət dünən olub\" - ÖZƏL
Hazırda oxunan: Əməkdar artist: \"33 il keçməsinə baxmayaraq, sanki bu dəhşət dünən olub\" - ÖZƏL
Hazırda oxunan: Əməkdar artist: \"33 il keçməsinə baxmayaraq, sanki bu dəhşət dünən olub\" - ÖZƏL
115793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.