Vaşinqtonda Şuşa ilə bağlı sənədli film təqdim olundu - FOTO

Vaşinqtonda Şuşa ilə bağlı sənədli film təqdim olundu - FOTO

Hazırda oxunan: Vaşinqtonda Şuşa ilə bağlı sənədli film təqdim olundu - FOTO

114324

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə yanvarın 11-də Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında ölkəmizin mədəniyyət paytaxtı olan Şuşaya həsr edilmiş “Xarı Bülbül Əfsanəsi” sənədli filminin təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə sənədli filmin rejissoru isveçli Mikayıl Silkeberq və Amerika Muğam Cəmiyyətinin təsisçisi Cefri Verbok iştirak edib, Azərbaycanın, xüsusilə də Şuşanın zəngin mədəni irsi və işğaldan azad edilmiş ərazilərimizə səfərləri barədə söhbət açıblar.

Tədbirdə ABŞ Dövlət Departamenti, bu ölkədə akkreditə olunmuş diplomatik və hərbi attaşelik korpusunun nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Sonda qonaqlar üçün milli mətbəximizin təamları təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO