Erməni saxtakarlığını sübut edən kitabın təqdimatı oldu - FOTO

Erməni saxtakarlığını sübut edən kitabın təqdimatı oldu - FOTO

Hazırda oxunan: Erməni saxtakarlığını sübut edən kitabın təqdimatı oldu - FOTO

111880

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə “Həqiqətin onomastikası” adlı kitab hazırlanaraq nəşr edilib və oxucuların ixtiyarına verilib.

Bizim.Media xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyyələri əsasında tərtib olunub.

Azərbaycan Dillər Universitetinin Magistratura, Doktarantura şöbələri və Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə “Həqiqətin onomastikası” adlı kitabın tələbə və doktorantlar üçün müzakirəsi təşkil olunub.
Tədbiri magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva açıq elan etdi. Gərgin tədqiqat işinin bəhrəsi olan bu kitab - erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub deyərək o, qeyd etdi və növbəti çıxış üçün sözü Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyevaya verdi.

Daha sonra tədbir müəllim və doktorantların toponimika elmi haqqında maraqlı çıxışları ilə davam etdi.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib. Ermənistan Respublikası ərazisində toponimlərin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir. Kitabın rus dilində nəşri nəzərdə tutulur.
“Həqiqətin onomastikası” kitabının ideya müəllifi Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, müəlliflər - filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaksiya heyətinin üzvləri BBMM-in icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri Ramiz Məmmədov, Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, Milli Məclisin üzvü, filologiya elmləri doktoru Əziz Ələkbərli, Milli Məclisin üzvü Musa Quliyev, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramov, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva, filologiya elmləri doktoru Aslan Bayramov, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva, layihəyə məsul BBMM-in təhlilçisi Araz Qurbanovdur.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO