Azərbaycanın tanınmış rejissoru dünyasını DƏYİŞDİ 

Azərbaycanın tanınmış rejissoru dünyasını DƏYİŞDİ 

Hazırda oxunan: Azərbaycanın tanınmış rejissoru dünyasını DƏYİŞDİ 

111180

Azərbaycan mədəniyyətinə itki üz verib.

Bizim.Media xəbər verir ki, tanınmış teatr rejissor, əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı, Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru Oruc Qurbanov uzun sürən xəstəlikdən sonra bu gün 73 yaşında dünyasın dəyişib.

Qeyd edək ki, Qurbanov Oruc İzzət oğlu 1949-cu ildə fəhlə ailəsində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda "Dram və kino aktyorluğu" ixtisası üzrə təhsil alıb.

1979-80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A.V.Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğu kursunu bitirib.

1974-79-cu illərdə Lənkəran Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. Onlarla teatr, radio və televiziya tamaşalarına quruluşlar verib.

Ayrı-ayrı illərdə ölkənin dövlət teatrlarında baş rejissor vəzifələrində çalışan O.Qurbanov 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş "Haray" bədii filmini çəkib. 2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Ailəlidir, dörd uşaq atasıdır.
Allah rəhmət eləsin...

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO