Sosial şəbəkə platformasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin gecə saatlarında çəkilmiş görüntüsü müzakirələrə səbəb olub.
Belə ki, şəhərin mərkəzi küçələrindən birində yerləşən muzeyin işıqlandırılması ilə bağlı ciddi problem olduğu halda niyə həll edilməməsi tənqid edilib.
Bizim.Media muzeylə əlaqə saxlayıb. Muzeyin ictimaiyyətlə əlaqələr və mətbuat şöbəsindən bildirilib ki, binanın zahirdən işıqlandırılması üçün tələb olunan vəsait daxili imkanlar hesabına həll edilən məsələ deyil:
“Dekabrın 19-da muzeydə konfrans keçirilib və bu gün də davam edəcək. Məsələ belədir ki, binanın zahirdən işıqlandırma sistemi 16 il əvvəl qurulub. Təbii ki, vaxt ötdükcə yetərincə köhnəlib.
Binanın zahirdən işıqlandırmasının normal səviyyəyə çatdırılması vəsait tələb edir. Daxili imkanlar hesabına həll edilən məsələ deyil. Bununla əlaqədar müraciət etmişik. Yeni ilidə həll ediləcək”.
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
18:00 / 20.12.2022
Ədəbiyyat Muzeyinin işıqları niyə söndürülüb? - AÇIQLAMA
Hazırda oxunan: Ədəbiyyat Muzeyinin işıqları niyə söndürülüb? - AÇIQLAMA
Hazırda oxunan: Ədəbiyyat Muzeyinin işıqları niyə söndürülüb? - AÇIQLAMA
110672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.