“Böyük Hindistan” sərgisi Bakıda - FOTO 

“Böyük Hindistan” sərgisi Bakıda - FOTO 

Hazırda oxunan: “Böyük Hindistan” sərgisi Bakıda - FOTO 

110039

Bakıda Şərq Bazarında Hindistanın yüksək keyfiyyətli məhsul və xidmətlərinin, o cümlədən hədiyyələr və əl işləri, ev dekorasiyaları, tekstil, geyim, zərgərlik və kosmetika əşyaları, hind yeməklərinin və s. nümayiş etdirildiyi “Böyük Hindistan” sərgisinin açılışı baş tutub. 

Bizim.Media xəbər verir ki, sərgini rəsmi olaraq Hindistanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar açıq elan edib.

V.Kumar açılış nitqində bildirib ki, Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan sıx və dost münasibətlər mövcuddur.

“COVID ilə bağlı məhdudiyyətlərin tədricən yumşaldılmasından sonra işgüzar əlaqələrimizin səviyyəsi də güclü şəkildə artır. 2022-ci ilin yanvar-oktyabr aylarında ikitərəfli ticarət dövriyyəmiz ötən ilin eyni dövrü ilə müqayisədə 184,3% artaraq 1,767 milyard ABŞ dolları səviyyəsinə çatıb.

Bu dövrdə Hindistan İtaliya, Türkiyə və Rusiyadan sonra Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olub”, - Vinay Kumar bildirib. 
Sərgiyə giriş pulsuzdur.

Ziyarətçilər, həmçinin canlı mahnı və rəqs ifalarından həzz ala, eləcə də sərgi zalında xına (Mehndi) stendlərini ziyarət edə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO