Tanınmış bəstəkar Oqtay Rəcəbov vəfat edib

Tanınmış bəstəkar Oqtay Rəcəbov vəfat edib

Hazırda oxunan: Tanınmış bəstəkar Oqtay Rəcəbov vəfat edib

109805

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov bu gün 81 yaşında vəfat edib.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, 1941-ci il aprelin 5-də Bakıda anadan olan bəstəkar 4 opera, 3 musiqili komediya, 3 simfoniya, 2 oratoriya, 1 kantata və 500 mahnının müəllifidir. O.Rəcəbov 20-dək filmə musiqi bəstələyib.
Onun pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyası, 70 dərsliyi, dərs vəsaiti və proqramı, 100-dən artıq məqaləsi var. Bəstəkar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi” kafedrasının professor idi.

Bəstəkarın uşaq mahnıları 6 məcmuədə çap olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO