“Akademik Milli Dram Teatrında çalışan sənətkarları – Xalq artistləri Ramiz Məlikin, Səidə Quliyevanın, Əli Nurun və Hacı İsmayılovun işdən çıxarılması haqqında yayılan xəbərlər doğru deyil”
Bizim.Media xəbər verir ki, bunu Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı özünün feysbuk heabından etdiyi paylaşımda bildirib:
“Dünən bununla bağlı müxtəlif saytlara açıqlama verilib. Aktyorlar özləri də məsələyə aydınlıq gətiriblər ki, biz işimizi davam etdiririk. Bu sənətkarlar Azərbaycan teatrı üçün dəyərdirlər. Akademik Milli Dram Teatrında işəmuzd əməkdaşlıq yoxdur. Hər bir aktyor ştat cədvəli üzrə maaş alır. Çox təəssüf ki, sosial şəbəkə istifadəçiləri və saytlar bu yalan məlumatı hələ də tirajlayırlar, teatrın əleyhinə istifadə edirlər”.
O, bu xəbərin yayılma səbəbi ilə bağlı Bizim.Media-nın sualını cavablandırarkən bu xəbəri yayanların qeyri-peşəkar olduqlarını deyib:
“Bu xəbərin yayılması məlumatsızlıqdan və qeyri-peşəkarlıqdan qaynaqlanır. Təəssüf ki, xəbəri yazanda teatrla əlaqə saxlanılmayıb”.
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
13:40 / 09.12.2022
“Azdrama”dan aktyorların işdən çıxarılması ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: “Azdrama”dan aktyorların işdən çıxarılması ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: “Azdrama”dan aktyorların işdən çıxarılması ilə bağlı AÇIQLAMA
108744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.