Oğuzlu şair Atatürk ödülünə layiq görüldü – FOTO

Oğuzlu şair Atatürk ödülünə layiq görüldü – FOTO

Hazırda oxunan: Oğuzlu şair Atatürk ödülünə layiq görüldü – FOTO

108539

Türkiyənin Adana şəhərində 7-ci Uluslararası Çukurova Türk Dünyası Şeir və Musiqi festivalı keçirilib.

Bizim.Media-nın yerli bürosu bildirir ki, festivalda Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Oğuz yurdu” qəzetinin redaktoru Nazim Hüseynli də iştirak edib.

Festival iştirakçısının Bizim.Media-ya verdiyi məlumata əsasən, 7 türk dövlətinin və 5 türk diyarının bayraqlarının dalğalandığı tədbirdə Türk dünyasını təmsil edən şairlər arasında keçirilmiş Mustafa Kamal Atatürkə həsr olunan şeir müsabiqəsinə də yekun vurulub.

Qaliblərdən biri də elə Nazim Hüseynli olub. Münsiflər heyətinin qərarı ilə o, Mustafa Kamal ödülünə layiq görülüb. Mükafatı Nazim Hüseynliyə Adananın Seyhan bələdiyyə başçısı təqdim edib.

Uluslararası müsabiqənin qalibi Nazim Hüseynli festival iştirakçıları qarşısında çıxış edərək Atatürkə ithaf etdiyi şeri səsləndirib, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığından danışıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO