Milli mətbəx nümunələrimiz beynəlxalq festivalda - FOTO

Milli mətbəx nümunələrimiz beynəlxalq festivalda - FOTO

Hazırda oxunan: Milli mətbəx nümunələrimiz beynəlxalq festivalda - FOTO

107759

Koronavirus pandemiyası səbəbindən yaranmış ikiillik fasilədən sonra Vyanada yenidən “Beynəlxalq Bazar” festivalı təşkil olunub.

Bizim.Media xəbər verir ki, BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyası tərəfindən təşkil olunan bu xeyriyyə tədbiri müxtəlif ölkələrin ləziz xörəklərinin dadına baxmaq, milli suvenirlər almaq və folklor qruplarının rəqs və musiqi proqramını seyr etmək istəyənlər üçün əla fürsət sayılır.

Hər il olduğu kimi, bu il də Azərbaycanın Avstriyadakı səfirliyi ənənəyə sadiq qalaraq ölkəmizi bu tədbirdə təmsil edib, milli mətbəximizin ləziz xörək və şirniyyatları, eləcə də milli suvenirlər minlərlə iştirakçıya təqdim edilib.

Xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər.

Minlərlə Vyana sakini hər il Milad bayramı ərəfəsində təşkil olunan bu bazara məmnuniyyətlə baş çəkir. Pandemiyaya görə yaranmış fasilədən sonra bu il tədbirə maraq xüsusilə yüksək olub.
Azərbaycanın Avstriyadakı səfirliyinin qadın diplomatlarının və səfirlik əməkdaşlarının xanımlarının fəal təmsil olunduğu BMT Qadınlar Gildiyası hər il təşkil olunan “Beynəlxalq Bazar” festivalından əldə olunan vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edəcək.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO