“Kukla Teatrından başqa digər müəssisələrdə də yoxlamalar aparılacaq” - Nazirlik 

“Kukla Teatrından başqa digər müəssisələrdə də yoxlamalar aparılacaq” - Nazirlik 

Hazırda oxunan: “Kukla Teatrından başqa digər müəssisələrdə də yoxlamalar aparılacaq” - Nazirlik 

107562

Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara davam edir. 

Bizim.Media xəbər verir ki, Nazirlikdən “apa.az”ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür yoxlamalar digər müəssisələrdə də aparılacaq.

“Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində strukturuna daxil olan və daxil olmayan müəssisələrdə mütəmadi olaraq monitorinqlərin keçirilməsi, yoxlama və araşdırmaların aparılması nəzərdə tutulub”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimovun noyabrın 18-də imzaladığı əmrlə Kukla Teatrında yoxlama başlayıb. Yoxlamanın noyabrın 25-də bitəcəyi gözlənilsə də, sonradan müddəti uzadılıb.

Həmçinin bundan öncə nazirlik tərəfindən Mingəçevir Dövlət Dram Teatrında da daxili yoxlama aparılıb və yoxlamanın nəticəsi kimi teatrın direktoru Anar Quliyev vəzifəsindən azad olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO