Qusar ləzgi teatrının paytaxt səhnəsində absurd oyunu - VİDEO

Qusar ləzgi teatrının paytaxt səhnəsində absurd oyunu - VİDEO

Hazırda oxunan: Qusar ləzgi teatrının paytaxt səhnəsində absurd oyunu - VİDEO

106760

Bakıda noyabrın 24-dən başlayaraq Teatro.az sənət portalının və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti, “II 4.4 Qısa tamaşalar festivalı” start götürüb. 

Festivalın ikinci günü Qusar Dövlət Ləzgi Dram Teatrı da paytaxt səhnəsində öz məharətini göstərib.

Kollektiv baş rejissor Əliyar Əliyevin səhələşdirdiyi dramaturq Murat Kolqanata aid “Poni” əsəri ilə Musiqili Komediya Teatrının səhnəsində tamaşaçıları öz başına toplayıb.

Əsərdə əsas mövzu festivalın ideyasındanq qaynaqlanan insanların mənəvi azadlıq, ev və torpaq uğrunda apardıqları mübarizədir. Baş qəhrəman Poni ruhlar dünyasına, Allahın mövcudluğuna və sairə uşaq sadəliyi ilə yanaşır. O, ağacda qoca kişinin yaşamasına, budaqlarda ruhların dolaşmasına çox inanır.

Rejissor əsərin və paytaxt səhnəsinin məsuliyyətini yaxşı anlayır və deyir ki, bu bir təcrübədir. Əyalət aktyorları böyük səhnənin iyini hiss edir. Bu səhnənin möhtəşəmliyi qarşısında ya baş əyəcək, ya da uzaqlaşacaq. Festivalda iştirakın əsas qayəsi budur.
Tamaşa haqqında münsiflərin də fikriləri maraqlıdır. Onlar düşünür ki, əyalət teatrı olan belə kollektivlərin festivallarda iştirak etmək cəsarəti alqışa layiqdir. Onlar bu cür tədbirlərdən çox şey öyrənə bilərlər.

Xatırladaq ki, festival noyabrın 30-a qədər davam edəcək. Festival çərçivəsində həm bölgə teatrları, həm də paytaxt peşəkarları öz məharətlərini göstərəcəklər. 

Daha ətraflı aşağıdakı video materialda tanış ola bilərsiniz.

Xuraman Rəhimova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO