Teatrdan çıxarılan Xalq artisti: “Məni sənətdən güclə ayırdılar

Teatrdan çıxarılan Xalq artisti: “Məni sənətdən güclə ayırdılar" - VİDEO

Hazırda oxunan: Teatrdan çıxarılan Xalq artisti: “Məni sənətdən güclə ayırdılar" - VİDEO

105995

Xəbər verdiyimiz kimi, 82 yaşlı aktrisa Məsumə Babayeva Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırılmasından şikayətçi olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, yaşına görə teatrdan uzaqlaşdırılan daha bir aktyor isə Xalq artisti Valeh Kərimovdur.

45 il Sumqayıt teatrında çalışan 78 yaşlı aktyor “Xəzər xəbər” verilişinə müsahibəsində iş yerindən güclə çıxarıldığını dilə gətirib.

“8 ildir teatrdan təqaüdə çıxarıblar məni. Teatrın direktoru mənə dedi ki, Valeh müəllim, yanvarın 1-dən daha işə gəlməyin. Çünki yaşınız tamam oldu, sizi azad edirik. O qədər 70 yaşında işləyənlər var ki, biri də mən olardım da...Dilim, beynim, əl-ayağım işləyir. Daha nə lazımdır? İncimişəm... Bu sənətə girdinsə, ayrıla bilmirsən. Məni sənətdən güclə ayırdılar".

Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov isə bildirib ki, Valeh Kərimov ancaq müqavilə əsasında hər hansı bir rolu canlandıra və daxili imkanlar hesabına vəsait ala bilər.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO